Devrilmiş prezidentin evindən 130 milyon dollar pul çıxdı

Sudanda devrilmiş president Ömər əl Bəşirin evində aparılan axtarışlar zamanı 130 milyondan çox nağd pul aşkarlanıb.

SİA-nın “sözcu.com.tr” saytına istinadən verdiyi xəbərə görə, Sudan prokurorluğu eks-prezidentə qarşı “çirkli pulların yuyulması” ittihamı üzrə cinayət işi açıb.

Təhlikəsizlik xidməti orqanları evdə axtarış aparan zaman ABŞ dolları, avro və Sudan lirəsi də daxil olmaqla cəmi 130 milyon nağd pul aşkarlayıblar.

Qeyd edək ki, ölkədə davam edən fasiləsiz etirazların nəticəsi olaraq, bu il aprelin 11-də Sudanda Ömər əl-Bəşir hakimiyyəti devrilib. Bundan sonra isə eks-prezident ev dustağı elan olunmuşdu.

Bu gün isə onun haqqında həbs qəti imkan tədbiri seçilib və ölkənin yksək təhlükəsizlikli Kobar həsxanasına göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə