Qar İranda 60-dan çox kəndi iflic edib

İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Vərzəqan rayonunda güclü qar yağış nəticəsində 60-dan çox kəndlə əlaqə yolu bağlanıb. Bunu İranın Şərqi Azərbaycan vilayəti Vərzəqan rayonu yol idarəsinin rəisi Cabir Həbibi İSNA-ya açıqlamasında deyib. C.Həbibinin sözlərinə görə, rayonun Xarvana bölgəsində qarın hündürlüyü 40 santimetrdən çoxdur.

Həbibi əlavə edib ki, qar yağışı qışda yağan qara bənzəyir: “Rayonun əsas yolları açıqdır. Kənd yollarının açılması üçün qarın təmizlənməsi əməliyyatı sürətlə davam edir”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...