Angela Merkel Avropa İttifaqında vəzifə tutacaq?

Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker Almaniyanın kansleri Angela Merkelin səlahiyyət müddətini başa çatdırdıqdan sonra Avropa İttifaqı səviyyəsində vəzifə tutmasını arzuolunan hal kimi dəyərləndirib.

Y.Yunker alman siyasətçinin yüksək səriştəyə malik şəxs kimi Aİ-də mühüm vəzifələrdən birini tutmasını mümkün hesab edib. O bildirib ki, yüksək rəğbətlə qarşılanan siyasətçinin kansler vəzifəsindən getdikdən sonra siyasi səhnədən yox olmasını təsəvvür edə bilmir. Lakin Almaniyada seçki dövrü hələ 2021-ci ildə başa çatacağına görə bu barədə konkret fikirlər söyləmək hələ tezdir.

A.Merkelin kansler kimi səlahiyyətləri başa çatdıqdan sonra Brüsseldə vəzifə tutacağı barədə tez-tez xəbərlər yayılır. Lakin kansler dəfələrlə bəyan edib ki, kansler dövrünü başa vurduqdan sonra heç bir siyasi vəzifəyə iddia etməyəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...