Makron Türkiyəni qəzəbləndirdi

Fransa prezidenti Emmanuel Makron Parisdə Yelisey sarayında PKK-nın Suriya qolu PYD/YPG-nin əsasını təşkil etdiyi Suriya Demokratik Qüvvələri təşkilatının üzvləri ilə görüşüb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, görüşdə Suriyanın şimal-şərqi ilə bağlı məsələlər də gündəmə gəlib.

Makron Suriyada mülki şəxslərə maliyyə yardımı veriləcəyi bildirilib. Fransa prezidentinin bu addımı Türkiyənin qəzəbinə səbəb olub.

Anadolu agentliyinin verdiyi məlumata görə,Türkiyə XİN-nin rəsmi nümayəndəsi Hami Aksoy bununla əlaqədar bəyanat verib. O, Türkiyənin öz milli təhlükəsizliyinin təmin edilməsi üçün zəruri hesab etdiyi tədbirləri həyata keçirməkdən çəkinməyəcəyini söyləyib: "Terror təşkilatının Suriya qoluna süni legitimlik qazandırmaq məqsədini güdən bu təşəbbüs, çox yanlış addımdır. Türkiyə Suriyanın ərazi bütövlüyü və birliyinə qarşı yönəldilən hərəkətlərdən yayınmağa çağırır”.

Bütün xəbərlər Facebook səhifəmizdə