Meksikada restoranda atışma olub 13 nəfər ölüb

Meksikanın cənub-şərqindəki Verakrus ştatında atışma baş verib. SİA-nın verdiyi məlumata görə, hadisə nəticəsində 13 nəfər, o cümlədən 1 uşaq həlak olub.

Qeyd olunur ki, naməlum silahlılar Minatitlan şəhərində yerləşən restoranların birinə əyləncə zamanı daxil olub və içəridə olanlara atəş açıb.

Hazırda polis atəş açan şəxslərin axtarışlarını aparır. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...