Qazaxıstanda ağır yol qəzası: 11 ölü, 29 yaralı - FOTOLAR

Qazaxıstanda avtobus qəzaya uğrayaraq aşıb. SİA Qazaxıstanın nur.kz saytına istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər ölüb, 29 nəfər yaralanıb. Bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, qəza səhər saat 5 radələrində, Jambil vilayətinin Korday rayonunda baş verib. Almatı-Daşkənd avtomobil yolunun 181-ci kilometrliyində, Toyota Camri markalı avtomobil yolun kənarında park olunan yük avtomobili ilə toqquşub. Daha sonra sərnişin avtobusu ilə toqquşub. Avtobusun sürücüsü toqquşmanın qarşısını almaq istədikdə avtobus aşıb.

Hadisə nəticəsində 8 nəfər həlak olub, 32 nəfər xəstəxanaya yerləşdirilib. Daha sonra xəstəxanada yaralananlardan daha 3-ü ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...