Poroşenko ilə Zelenski arasında ən böyük debat baş tutdu

Bu gün Kiyev şəhərindəki “Olimpiya” stadionunda Ukraynanın indiki prezidenti Petro Poroşenko ilə seçkilərin birinci turunun qalibi Vladimir Zelenski arasında debat baş tutub.

SİA-nın Rusiya xəbər saytlarına istinadən verdiyi xəbərə görə, Ukrayna Daxili İşlər Nazirliyi debatda 22 min nəfərin iştirak etdiyi barədə məlumat yayıb. Nazirliyin Twitter səhifəsində verilən məlumata görə, ictimai vəziyyət tam sakit və nəzarətdə olub.

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də baş tutacaq. Qalibiyyət uğrunda indiki prezident Petro Poroşenko ilə seçkilərin birinci turunun qalibi Vladimir Zelenski mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə