İntihar etmiş prezidentin son məktubu

Bir neçə gün öncə intihar edən Perunun keçmiş prezidenti Alan Qarsiyanın qızı atasının bu gün baş tutan dəfn mərasimində onun ölümqabağı yazdığı son məktubunu oxuyub.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, eks-prezident məktubunda heç bir korrupsiya əməliyyatında iştirak etmədiyini bildirib.

Qeyd edək ki, Qarsiya çərşənbə günü səhər saatlarında korrupsiya faktı üzrə prokurorluğun orderi əsasında polisin onu həbs etməyə gəldiyi zaman özünə qəsd edib. O, korrupsiya faktı üzrə cinayət işində iştirakda və çirkli pulların yuyulmasında ittiham olunurdu. Həmçinin, ölkə prokurorluğunun məlumatına görə, eks-prezidentə qarşı “Odebrecht” adlı Braziliya tikinti şirkətindən 100 min dollar rüşvət almaq ittihamı irəli sürülüb.

Keçmiş prezident son məktubunda bu sözləri də yazıb: “Mən siyasətdə öz öhdəliklərimi yerinə yetirdim. Mən özümdən əvvəlki rəhbərlərin edə bilmədiklərini etdim və xalqım qarşısındakı missiyamı yerinə yetirdim. Mən öz övladlarıma xalqımın qarşısına ləyaqətlə çıxmaq hissi qoyub gedirəm. Mənim nə hesabım, nə rüşvətim, nə var-dövlətim olub....Digərləri satılır, mən isə yox”.

Bütün xəbərlər Facebook səhifəmizdə