Yaponiyanın Baş naziri ABŞ-a səfər edəcək

Yaponiyanın Baş naziri Şinzo Abe gələn ay ABŞ-a səfər edəcək. Daha sonra ABŞ Prezidenti Donald Tramp Yaponiyaya gedəcək. “Report” xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Taro Kono Vaşinqtonda “2+2” formatındakı görüşün yekunlarına dair ABŞ dövlət katibi Maykl Pompeo və müdafiə nazirinin birinci müavini Patrik Şanahan, həmçinin Yaponiyanın müdafiə naziri Takeşi İvaya ilə birgə keçirilən mətbuat konfransında bildirib.

Nazir yeni imperatorun taxt-taca qalxmasından sonra ölkəyə rəsmi səfərə gələn ilk xarici qonağın da məhz Donald Tramp olacağını diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə