İtaliyalı nazir "Time” jurnalının dərc etdiyi siyahıda...

İtaliyanın baş nazirinin müavini və daxili işlər naziri Matteo Salvini ABŞ-ın “Time” jurnalının dərc etdiyi dünyanın ən nüfuzlu şəxslərinin yeni siyahısında yer alıb.

Bu barədə İtaliyanın ilgiornale.it saytı məlumat yayıb. Bildirilir ki, “Liqa” partiyasının lideri M. Salvini ABŞ prezidenti Donald Tramp, Papa Frensisk, Braziliya prezidenti Jair Bolsonaro, Demokratik partiyanın parlamağa başlayan ulduzu Aleksandriya Okasio-Kortes və “Russiagate”nin xüsusi müşaviri Robert Müller kimi nüfuzlu şəxslərlə eyni siyahıda qərarlaşıb.

Ağ evin və ABŞ Prezidenti Donald Trampın seçki kampaniyasının keçmiş baş strateqi Stiv Bennon həftəlik dərc edilən “Time” jurnalı üçün M. Salvinini siyahıya alaraq yazıb: “Salvini ilk günlərdən Avropada ən çox müzakirə edilən siyasətçi olub və may ayının sonunda Avropa Parlamentinə keçirilən seçkilərdən sonra ən nüfuzlu şəxs ola bilər”.

Bütün xəbərlər Facebook səhifəmizdə