Peruda avtobus qəzası: 8 nəfər ölüb

Peruda sabiq prezident Alan Qarsiyanın partiyasının üzvlərini dəfn mərasiminə aparan avtobus qəzaya uğrayıb. “El Comrcio” portalının yaydığı məlumata görə, qəza nəticəsində 8 nəfər ölüb, 49 nəfər yaralanıb. Partiya xadimləri aprelin 17-də korrupsiya işi üzrə həbs olunarkən intihar etmiş Alan Qarsiyanın dəfninə gedirdilər.

Faciə bu gün səhər saatlarında Lima rayonunda baş verib. Amerika xalq inqilabı alyansının nümayəndə heyətini aparan avtobus körpüdə maneəyə çırpılıb. Avtobusda ümumilikdə 54 sərnişin olunub. Zərər çəkənlərdən 6-sı ağır vəziyyətdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə