Cüzeppe Konte ilə Donald Tramp arasında telefon danışığı olub

İtaliyanın Baş naziri Cüzeppe Konte ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Baş nazirin ofisinin yaydığı məlumata görə, Cüzeppe Konte və Donald Tramp Liviyadakı vəziyyəti müzakirə ediblər. Bildirilir ki, tərəflər Liviyada yaşanan böhranın davamlı həlli yollarının müəyyənləşdirilməsi üçün birbaşa əlaqənin saxlanılması barədə razılığa gəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə