Əfqanıstanda yenə qan tökülüb

Əfqanıstanda yenə qan tökülüb. Belə ki, kəşfiyyat idarəsinin binasına bombalı hücum nəticəsində üç kəşfiyyatçı həlak olub. Herat əyalətində baş verən terror aktı bomba yüklü avtomobillə törədilib. Əfqanıstanın Müdafiə Nazirliyinin məsələ ilə bağlı açıqlamasında iki nəfərin yaralandığı bildirilir.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Terror aktını heç bir qruplaşma öz üzərinə götürməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə