Konte: “Humanitar böhran üçün konkret təhlükə yaranıb”

İtaliyanın Çaş naziri Cüzeppe Konte bildirib ki, Liviyada “humanitar böhran üçün konkret təhlükə” yaranıb.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, Konte bu barədə İtaliya Senatında Liviyadakı vəziyyətlə əlaqədar məruzəsində deyib: “Bugünkü toqquşmalardan sonra 18 min nəfər öz evini tərk edib. Bu rəqəmin daha da artacağı gözlənilir. Ölənlərin və yaralananların sayı yüzlərlədir. Liviyadakı BMT missiyası böhranın daha da pisləşəcəyinə dair fikirlərini paylaşır”.

Baş nazir, həmçinin, Liviyadan İtaliya və Avropaya qaçqın kimi gələ biləcək şəxslər arasında terrorçuların olmayacağına heç kimin zəmanət verə bilməyəcəyini bildirib.

Qeyd edək ki, 2011-ci ildə Liviya lideri Muammər Qəddafi devrilərək qətlə yetirildikdən sonra bu ölkə hərbi-siyasi böhran burulğanından yaxa qurtara bilmir. Hal-hazırda ölkədə ikihakimiyyətlilik hökm sürür.

Ölkənin şərqində xalq parlamenti, qərbində və mərkəzdə isə Fəyyaz Sərracın milli barışıq hökuməti fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə