Suriyada atəşkəs rejiminə əməl olunmur

Hələb şəhərinin Hai-əş-Şeyx-Maqsud rayonu naməlum silahlı qüvvələr tərəfindən atəşə tutulub.

SİA-nın Rusiya kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, bu barədə Suriyada döyüşən tərəflər arasında atəşkəs üzrə Rusiya Mərkəzinin rəhbəri Viktor Kupçişin bildirib.

Kupçişin, həmçinin xatırladıb ki, atəşkəs üzrə Rusiya Mərkəzi qanunsuz silahlı birləşmələrin komandirlərini silahlı təxribatlardan çəkinməyə çağırır və onların hər birini nəzarər etdikləri rayonlarda problemin sülh yolu ilə həllinə dəstək olmağa çağırıb.

Kupçişin bir daha vurğulayıb ki, Suriya hökuməti qanunsuz hərbi birləşmələrə qoşulmuş şəxslərə və qaçqınlara amnistiya tətbiq etməkdə davam edir.

Qeyd edək ki, 17 aprel tarixinə olan məlumata görə artıq 57,6 min nəfər amnistiya siyahısına düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə