İndoneziya prezidenti seçkilərdə qələbə qazandığını açıqlayıb

İndoneziya prezidenti Joko Vidodo prezident seçkilərində qələbə qazandığını açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Vidodo Cakartada tərəfdarları ilə görüşündə söyləyib.

"Biz rəsmi nəticələri gözləmək məcburiyyətindəyik", deyə o bildirib.

12 sorğu xidmətinin verdiyi məlumata görə, Joko Vidodoya seçicilərin 54,5 faizi, onun rəqibi Prabovo Subiantoya 45,5 faizi səs verib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə