Səudiyyə və BƏƏ İrana humanitar yardım göndəriblər

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyinin Qızıl Aypara Cəmiyyətləri birlikdə İranda seldən ziyan görən insanlara humanitar yardım göndəriblər. SİA-nın verdiyi xəbərə görə, bu barədə Birləşmiş Ərəb Əmirliyinin dövlət xəbər agentliyi məlumat verib.

BƏƏ-nin Qızıl Aypara Cəmiyyəti bildirib ki, 95 ton humanitar yardımı ehtiva edən təyyarə bu gün İrana uçacaq.

Bildirilib ki, bu yardım BƏƏ-nin əmiri Xəlifə bin Zayid Ali-Nihyanın göstərişi ilə İranda seldən zərərçəkən insanlara yardım məqsədilə həyata keçirilib.

Qeyd edək ki, iki ölkə 2015-ci ilin yanvarından İranla siyasi əlaqələri dayandırıblar.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...