Bina uçdu, 18 nəfər öldü Braziliyada

Braziliyanın Rio-de-Janeyro şəhərində qeyri-qanuni tikilmiş 2 binanın uçması nəticəsində 18 nəfər ölüb. Bu barədə “Brasil” agentliyi məlumat yayıb. SİA xarici mətbuata istinadla xəbər verir ki, binaların uçması səbəbi araşdırılır. Binalar şəhərin yağışlardan ən çox əziyyət çəkmiş rayonlarından birində yerləşib. Hadisə nəticəsində, həmçinin 8 nəfər yaralanıb; onlardan 3-ü xəstəxanaya yerləşdirilib. Xilasedicilər dağıntılar altında axtarış aparırlar; 5 nəfərin taleyi məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə