Kuba lideri yeni sanksiyalardan danışıb

Kuba Dövlət Şurası və Nazirlər Şurasının sədri Miqel Dias-Kanel ABŞ-ın onun ölkəsinə sanksiyaların üçüncü dalğasını tətbiq etməsinə 0münasibət bildirib.

SİA-nın “RİA-Novosti”yə istinadən verdiyi xəbərə görə, Kubanın səlahiyyət sahibi deyib: “Kubalıların vətənlərini ələ keçirmək istəyi amerikanlara nəsib olmayacaq”

Qeyd edək ki, bundan az əvvəl ABŞ prezidentinin milli təhlkəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton Kubanın kəşfiyyat orqanları ilə əlaqədə şübhəli bilinən 5 təşkilata, o cümlədən, “Kuba hərbçilərinə məxsus olan” “Aerogaviota” aviakompaniyasına qarşı sanksiya tətbiq olunduğunu bildirmişdi.

Dias Kanel daha sonra sanksiyalar haqda özünün “Twitter” səhifəsində yazıb: “Birinci və ikinci sanksiyalar kimi, üçüncü sanksiyalar dalğası da bütün Kuba xalqına qarşı yönəlib. Heç kim atalarımızın bizim üçün əldə etdikləri torpaqları əlimizdən ala və ya bizi alçalda bilməz. Kubalılar təslim olmur”.

Qeyd edək ki, Kubaya qarşı sanksiyaların üçüncü dalğasının tətbiqinin əsas səbəbi bu ölkədə insan hquqlarının pozulması və Kuba hökumətinin ABŞ-ın qeyri-legitim hesab etdiyi Venesuela prezidenti Nikolas Maduronu müdafiə etməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...