Kılıçdaroğlu: "Böyük bir nailiyyət əldə etdik"

CHP lideri Kamal Kılıçdaroğlu Əkrəm İmamoğlunun İstanbul bələdiyyəsinin sədri vəsiqəsini almasına münasibət bildirib. O qeyd edib ki, Bu uğur birlikdə yaşamaq istəyən milyonların nailiyyətidir:

"Xoşbəxtliyimi ancaq belə ifadə edə bilirəm. Rahatam, həyəcanlıyam. Böyük bir nailiyyət əldə etdik. Bu uğur bu cəmiyyətə xidmət etmək üçün yola çıxan insanların nailiyyətidir", - Kılıçdaroğlu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə