Zelenskinin evinin yaxınlığında silahlı şəxslər zərərsizləşdirilib

Ukraynada prezidentliyə namizəd Vladimir Zelenskinin yaşadığı evin yaxınlığında silahlı şəxslər zərərsizləşdirilib. ТСН kanalı bu barədə xəbər yayıb. Məlumatda deyilir ki, güc strukturlarının həyata keçirdiyi əməliyyat nəticəsində bir neçə nəfər zərərsizləşdirilib. Ukrayna polisi zərərsizləşdirilən şəxslərin bir neçə cinayəti planlaşdırdıqlarını açıqlayıb. Polis Zelenskiyə qarşı terror hazırlandığı barədə suala şərh verməyib.

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək. Vladimir Zelenski və Petro Poroşenko Ukrayna prezidentliyi uğrunda mübarizə aparacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə