Atəşkəs rejimində də dinc sakinlər həlak olub

Terrorçuların sutka ərzində Latakiya əyalətindəki yaşayış məntəqəsini və Aleppo rayonunu atəşə tutması nəticəsində 5 Suriya hərbçisi və 6 dinc sakin həlak olub.

SİA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriyada atəşkəs üzrə Rusiya mərkəzinin rəhbəri general-mayor Viktor Kupçişin məlumat verib.

Kupçişin əlavə edib ki, Bəşər Əsədin 14 aprel tarixli fərmanı ilə 57593 nəfər barədə amnistiya qərarı verilib. Amnistiyaya düşənlərin sırasında qaçqınlar və qanunsuz silahlı qrupların köhnə üzvləri də var.

General-mayor qeyd edib ki, humanitar fəlakətin qarşısını almaq və qaçqınların Et-Tanf zonasından maneəsiz olaraq daimi yaşayış yerlərinə qayıtması üçün humanitar dəhliz yaradılmışdır. Suriya hökuməti isə müvəqqəti olaraq yaşayış yerlərini tərk etmiş şəxslərin təhlükəsizliyinə və sənədlərinin sadələşdirilmiş qaydada bərpasına zəmanət verib.

Bütün xəbərlər Facebook səhifəmizdə