Parisdəki müqəddəs Məryəm Ana kafedralında dəhşətli yanğın! (TƏCİLİ)

Fransa paytaxtında yerləşən müqəddəs Məryəm Ana kafedralında yanğın baş verib. SİA xəbər verir ki, alov kilsə qüllələrindən birini əhatə edib. Yanğının tüstüsü uzaq məsafədən də görünür. Hadisə nəticəsində zərər çəkənlərin olması barədə məlumat yoxdur.

Qeyd edək ki, Paris Notr-Dam kilsəsi və ya Paris Məryəm ana kilsəsi Paris şəhərinin mərkəzində yerləşir. Katolik kilsəsi olan Notr-Dam Fransa paytaxtının başlıca simvoludur. O, Parisin ilk xristian kilsəsi hesab edilən, Müqəddəs Stefan bazilikasının yerində, daha doğrusu Site adasının şərq hissəsində, dördüncü şəhər dairəsində II Jan-Paul meydanında yerləşir.

Kilsə yarandığı tarixdən etibarən Parisin ən simvolik memarlıq abidələrindən biri olub. Üslubu ilə fərqlənən Notr-Dam uzun müddət Paris memarlığında birinciliyi öz əlində saxlayıb və kralların tac geyindiyi Reyms Notr-Dam, Amyen Notr-Dam və Bove Notr-Dam kilsələri ilə müqayisə edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə