Hindistan bu gün “Nirbhay” ikisəsli və böyük məsafə təq edən qanadlı raket sınağını keçirib. Sınaq uğurla nəticələnib. SİA xəbər verir ki, bu barədə PTI agentliyi məlumat yayıb. Belə ki, qanadlı raketin sınağı Odiş ştatının şərqində yerləşən “Çandipur” poliqonunda həyata keçirilib.

Məlumata görə, raket uzağı 100 metr məsafədə və 0,7 maks sürətində uçmaq qabiliyyətinə malikdir. Havaya buraxıldıqdan sonra raket 42 dəqiqə 23 saniyə sonra hədəfi vura bilib. Sınağın başqa dəqiqlikləri barədə məlumat verilməyib.

“Raket müəyyən edilmiş diapazonda mükəmməl uçuş həyata keçirib”, deyə adıçəkilən agentlik məlumat verib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə