Rusiyada ağır yol qəzası 5 nəfər ölüb

Rusiyada Penzenski əyalətinin Simbuxova kəndində baş verən yol qəzasında beş nəfər həlak olub. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Penzsenki vilayəti üzrə idarəsi məlumat verib. SİA Lenta.ru-ya istinadən xəbər verir ki, hadisə M5 "Ural" magistral yolunda baş verib. "Lada Largus" markalı minik avtomobili əks istiqamətdə hərəkət edən yük maşını ilə toqquşub.

"Lada Largus"un sürücüsü və dörd sərnişin hadisə yerindəcə ölüb.

Qəza ilə bağlı araşdırma aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə