"NATO ilə qarşıdurma fəlakətə çevriləcək" XİN rəsmisi

"Rusiya NATO ilə hərbi qarşıdurmanın bütün bəşəriyyət üçün fəlakətə çevriləcəyi üçün bunun baş verməyəcəyinə ümidvardır". SİA RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

“NATO ilə hərbi ixtilafa gəlincə, sağlam düşüncəli hər kəs bunun baş verməməsinə ümidvardır. Bu, bütün bəşəriyyət üçün fəlakətə çevrilə bilər. Bunun istər Vaşinqtonda, istərsə də Brüsseldə dərk olunduğuna əminəm”, – o deyib.

Rusiyalı diplomat hazırkı vəziyyətdə qəsdsiz qəzaların, anlaşılmazlığın daha çox təhlükə yaratdığını, bunların qarşısını almağın vacibliyini söyləyib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə