Konqoda eboladan 800 nəfər ölüb

Konqo Demokratik Respublikasında ebola epidemiyasının qurbanlarının sayı 800-ü keçib. SİA-nın verdiyi xəbərə görə, bu barədə "Ukrinform" saytı məlumat verir.

Ebola, Konqo Demokratik Respublikasının tarixində ən irimiqyaslı epidemiyaya çevrilib. Konqo Demokratik Respublikasının Səhiyyə Nazirliyi epidemiya ilə bağlı statistik məlumatı açıqlayıb.

Aprelin 14-ə olan məlumatlara görə, eboladan 803 nəfər ölüb, 371 nəfər müalicə edilib. Ümumilikdə virusdan 1251 yoluxma halı qeydə alınıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə