Putinlə Lukaşenko arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putinlə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub. Bu məlumatı Rusiya prezidentinin mətbuat xidməti yayıb. Məlumata görə, tərəflər telefon danışığı zamanı ikitərəfli münasibətləri müzakirə ediblər.

Qeyd edək ki, son zamanlar Belarus-Rusiya münasibətlərində gərginlik müşahidə edilir. Gərginliyə əsas səbəb Rusiyanın Belarusdan olan bir sıra məhsulların idxalını dayandırması və Belarusa tədarük edilən enerji daşıyıcıları qiymətləridir. Bəzi mənbələr iki ölkə arasında gərginliyin Belarusun anneksiyası və Putinin hakimiyyətinin uzadılması üçün bəhanə olaraq yaradıldığını bildiriblər.

Digər maraqlı məqam isə Putinlə Lukaşenkonun telefon danışığının Rusiyada əslən Belarusdan olan eks-nazir Mixail Abızovun həbsindən dərhal sonra baş tutmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə