İtaliyada minlərlə insan mafiya ilə mübarizə aksiyasına qatılıb

İtaliyanın Padova şəhərində minlərlə insan “Libera” və “Avviso Pubblico” assosiasiyaları tərəfindən təşkil edilən mafiya ilə mübarizə aksiyasında iştirak edib. İtaliyanın “repubblica.it” saytının yazdığına görə, ölkənin bütün bölgələrindən gələn aksiya iştirakçıları əllərində bayraq və plakatlarla şəhərin mərkəzindən keçərək mafiya əleyhinə etiraz şüarları səsləndiriblər.

Bildirilir ki, “Libera” təşkilatının sədri Don Luidci Çiottinin rəhbərliyi ilə keçirilən aksiyada bütünlüklə İtaliyada günahsız mafiya qurbanlarının xatirəsinin 23-cü ildönümü qeyd olunub.

Yürüşdə, həmçinin şəhər meri Sergio Cordani və İtaliyanın mafiya və terrorizmlə mübarizə üzrə prokuroru Federiko Kafyero de Raho da iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə