"Rusiya Odessanı və Rumıniyanı da işğal edəcək"

ABŞ-ın Avropadakı quru qoşunlarının keçmiş komandanı, general Ben Hoces narahatdır ki, Rusiya Krımın ilhaqı ilə kifayətlənməyib Odessaya qədər gedə bilər. Virtualaz.org xəbər verir ki, general bu haqda "Apostrof" adlı Ukrayna portalına müsahibəsində danışıb.

Krımın Rusiya tərəfindəm militarizasiyanın nə dərəcədə təhlükəli olduğu haqda suala Ben Hoces belə cavab verib: “Çox təhlükəlidir, çünki bu birincisi onu göstərir ki, onlar Krımı Ukraynaya qaytarmaq niyyətində deyillər. Faktiki olaraq onlar dünyanın qalan hissəsinə deyirlər: "Bizi beynəlxalq hüquq maraqlandırmır, sizin nə dediyiniz vecimizə deyil". Ona görə də Rusiyanın elədiklərinə diqqətlə baxmaq və diqqətlə dinləmək lazımdır.

İkincisi, onlar üç Ukrayna hərbi gəmisinə hücum ediblər və dənizçiləri girov götürüblər. Deməli əgər həmin sularda kimsə yenə görünsə onlar yenə gücdən istifadə etmək istəyəcəklər. Əgər onlar hesab etsələr ki, Qərb heç nə edən deyil, o zaman fikrimcə belə real təhlükə var ki, ruslar Odessaya güclü təzyiq edəcəklər və daha sonra Rumıniya istiqamətində irəliləyəcəklər”.

Bütün xəbərlər Facebook səhifəmizdə