İordaniya kralı Rumıniyaya getməkdən imtina edib

İordaniya kralı II Abdullah Rumıniyaya martın 25-də nəzərdə tutulan səfərini təxirə salıb. “Anadolu” agentliyi xəbər verir ki, məlumatı İordaniyanın Krallıq Divanı yayıb. Rumıniyanın Baş naziri Viorika Dançila ölkəsinin İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürəcəklərini açıqlayıb. Bu bəyanatdan sonra İordaniya kralı Buxarestə səfərini təxirə salıb.

Məlumata görə, əgər səfər baş tutsaydı, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair bir sıra müqavilələrin imzalanacağı gözlənilirdi.

Rumıniya Prezidenti Klaus Yohannis bir müddət əvvəl Baş nazirin İsraildəki səfirliyin Qüdsə köçürüləcəyi barədə qərarını tənqid edib. Prezident düşünür ki, V.Dençile bu bəyanatı ilə xarici siyasət məsələlərində nəzakətsizliyini nümayiş etdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə