Rusiya Venesuelaya əsgər göndərdi

Rusiyanın iki hərbi təyyarəsi ötən gün Karakas yaxınlığındakı Simon Bolivar adına Mayketiya aeroportuna enib. Axar.az xəbər verir ki, Venesuela mediası iki təyyarə ilə 99 rus hərbçisinin və 35 ton yükün gətirildiyini yazıb. Onların Venesuela təmsilçiləri ilə məsləhətləşmələr aparacağı bildirilib.

Hərbi mənbələr isə burada qeyri-adi heç nə olmadığını, bu prosesin illər öncə iki ölkə arasında imzalanan müqavilə çərçivəsində aparıldığını qeyd edib.

“Rusiya ilə Venesuela arasında həm də hərbi-texniki əməkdaşlıqla bağlı müqavilə var”, - mənbə qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə