Ukraynadan Rusiya ilə bağlı yeni qərar

Rəsmi Kiyev martın 31-də keçiriləcək prezident seçkilərində təhlükəsizliyi təmin etmək məqsədilə Ukrayna-Rusiya sərhədini gücləndirib. Bu barədə Dövlət Sərhəd Xidməti rəhbərinin köməkçisi Oleq Slobodyan bildirib. Nazirlik hesab edir ki, bu müddət ərzində sərhəddə təhlükəli vəziyyət artıb.

Qeyd edək ki, seçkilərdə hazırki dövlət başçısı Petro Poroşenko da daxil olmaqla ümumilikdə 39 namizəd prezident olmaq üçün mübarizə aparacaq.

Xatırladaq ki, P. Poroşenko “Ukraynada seçki prosesinə nəzarətdə Ukraynanın bəzi qanunlarına düzəlişlər haqqında” fərman imzalayıb. Fərmana əsasən, Rusiya vətəndaşlarının martın 31-də Ukraynada keçiriləcək prezident seçkilərində müşahidəçi qismində iştirakına qadağa qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...