“Idai” qasırğası 700 nəfərin həyatına son qoydu

“Idai” qasırğasının törətdiyi sellər nəticəsində Cənubi Afrika ölkələri Mozambik, Zimbabve və Malavidə ölənlərin sayı 700-ü keçib. Xarici KİV-lərin yazdığına görə, tropik qasırğası nəticəsində Mozambikdə ölənlərin sayı 417-ni ötüb. Zimbabvedə 259, Malavidə isə 56 nəfər ölüb.

Martın 17-dən Mozambikin Beira şəhərindən başlayan qasırğa daha sonra qonşu Zimbabveyə keçib. Tropik qasırğa şiddətli külək, yağış və daşqınlarla müşayiət olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...