"Trampın bu qərarı İsrailin müdafiəsi üçündür"

ABŞ dövlət katibi Maykl Pompeo Ağ Evin İsrailin Qolan təpələri üzərindəki suverenliyini tanımaq barədə niyyətinin Krımdakı situasiya ilə eyni olmadığını bildirib.

M.Pompeo bu məsələdə ikili standartların olması barədə fikirlərin doğru olmadığını söyləyib. “Prezidentin Qolan barədə qərarı reallığın tanınması və İsrailin müdafiəsi üçündür. Bu ki tamamilə aydındır”,- deyə dövlət katibi “Sky News” kanalına verdiyi müsahibədə deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...