Dağıstanda kütləvi zəhərlənmə olub

Dağıstanın Xasavyurt şəhərində kütləvi zəhərlənmə qeydə alınıb. "TASS"-ın verdiyi məlumata görə, bu barədə jurnalistlərə şəhər administrasiyasından bildiriblər. Administrasiyanın nümayəndəsi deyib: "Martın 23-ü üçün mərkəzi şəhər xəstəxanasının infeksion xəstəliklər şöbəsində kəskin bağırsaq infeksiyası diaqnozu ilə 89 nəfər var. Xəstələrin vəziyyəti yüngül və orta ağır kimi dəyərləndirilir".

Onun sözlərinə görə, bütün zəhərlənlərə lazımi tibbi yardım göstərilir: "Mütəxəssislər araşdırmanın tamamlanmasına qədər <...> vətəndaşları diqqətli olmağa çağırırlar - yalnız qaynanmış su içmək, əlləri, meyvələri və tərəvəzləri tez tez yumaq lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...