Kolumbiyada zəlzələ baş verib

Kolumbiyada 6,1 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Seysmoloqlar zəlzələnin 19:21-də (Bakı vaxtı ilə 23:21-də), El Davio şəhərinin yaxınlığında baş verdiyini bildiriblər.

Zəlzələnin ocağı 113 km dərinlikdə qeydə alınıb. Dağıntı və tələfatla bağlı məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...