Tramp KXDR-ə qarşı köhnə sanksiyaları ləğv etməyib

ABŞ prezidenti Donald Tramp Şimali Koreyaya qarşı əvvəlcədən təsdiqlənmiş sanksiyaları ləğv etməyıb. SİA-nın məlumatına görə, bu barədə mənbələrə istinadən "The Washington Post" məlumat yayıb. Nəşr yazır ki, Tramp KXDR-ə qarşı hələ elan olunmamış məhdudiyyətlərin tətbiqini təxirə salıb.

Qeyd olunur ki, ABŞ hökuməti gələn həftə Şimali Koreyaya qarşı geniş miqyaslı sanksiyalar tətbiq etmək istəyirdi.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...