Moskvada 14 aviareys ləğv edilib

Moskvada əlverişsiz hava şəraiti "Şeremetyevo" beynəlxalq hava limanında uçuşların ləğvinə və ya ləngiməsinə səbəb olub. Rusiyanın "Aeroflot" dövlət şirkəti cəmi 14 daxili və beynəlxalq reysini ləğv edib. SİA şirkətin saytına istinadən xəbər verir ki, daha 17 uçuşun, o cümlədən Bakıdan gələn reysin vaxtı daha sonraya təxirə salınıb.

Qeyd edək ki, martın 22-si üçün Moskva şəhərində yağış və sulu qar yağacağı, küləyin arabir 12-17 m/s sürətinə çatacağı barədə proqnoz verilmişdi.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...