Tokayev Qazaxıstan Prezidenti vəzifəsinin icrasına başlayıb

Qazaxıstan Senatının keçmiş sədri Kasım-Jomart Tokayev bu gün ölkə Prezidenti vəzifəsinin icrasına başlayıb.

SİA-nın məlumatına görə, ölkə parlamenti palatalarının birgə iclası zamanı K.Tokayev Qazaxıstan xalqı qarşısında and içib.

Xatırladaq ki, dünən Nursultan Nazarbayev xalqa müraciətdə Qazaxıstan Prezidenti vəzifəsindən getdiyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...