"Bizə barmaq silkələyənlər tarix kitabını açıb, oxusunlar”

Biz təsadüflərin bir araya gətirdiyi millət deyilik. Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kocaelidə 31 mart seçkiləri ilə bağlı təşviqat çıxışı zamanı deyib.

“İmperialistlərin masa arxasında qurduğu dövlətlərdən deyilik. Bu ölkəni 2 min 200 ildən çox tarixi müddətdə mübarizə apararaq qurduq. Bizi tanımaq istəyənlər Çanaqqalanı ziyarət etsin. Bizə barmaq silkələyənlər tarix kitabını açıb, oxusunlar”, - deyə dövlət başçısı bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...