Poroşenko antireytinqdə hamını qabaqladı

Ukraynada 2 həftə sonra keçiriləcək prezident seçkiləri ilə bağlı aparılan sorğuda hazırkı ölkə başçısı Pyotr Poroşenko antireytinqə başçılıq edib. Axar.az xəbər verir ki, respondentlərin demək olar ki, yarısı heç bir halda Poroşenkoya səs verməyəcəyini açıqlayıb.

İkinci pillədə “Batvikşina”nın lideri Yuliya Timoşenko yer alıb. Sorğu iştirakçılarının 30 faizi heç bir şərtlə ona səs verməyəcəyini bildirib. Növbəti pillədə isə 19 faizlik göstərici ilə Yuri Boyko qərarlaşıb. Şoumen Vladimir Zelenski əleyhinə olanlar 13 faiz təşkil edib. Sorğuda ümumilikdə 2500 nəfər iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...