Paşinyan: "Bu, KTMT-nin yox olması demək olacaq"

KTMT-nin baş katibinin təyinatı məsələsində Ermənistanın maraqları müdafiə olunur. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Ermənistanın iştirakı olmadan KTMT baş katibinin təyinatı necə mümkün ola bilər? Bu, KTMT-nin yox olması demək olacaq. Problem növbəlilik prinsipindədir. Erməni tərəfi buna görə təklif edir ki, yeni baş katibin təyinatına qədər nizamnaməyə dəyişiklik edilsin”, – deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə