Qriqol Vaşadze Saakaşvilinin partiyasına sədrlik edəcək

Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin təsisçisi və lideri olduğu Vahid Milli Hərəkat Partiyasının (VMHP) martın 24-də qurultayı keçiriləcək. “Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə qərar partiyanın Siyasi Şurasının iclasında qəbul olunub.

Qurultayda VMHP-nin yeni sədri seçiləcək. Siyasi Şura qurultayda Qriqol Vaşadzenin sədrliyə namizədliyinin irəli sürülməsi barədə məsələni razılaşdırıb. Partiya liderlərinin bildirdiyinə görə, Q.Vaşadze komandada yekdilliklə dəstəklənir.

Qeyd edək ki, dünən M.Saakaşvili VMHP-yə yeni sədrin seçilməsini təklif edərək bu posta Q.Vaşadzeni layiq gördüyünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə