"Bu proses Türkiyə ilə İran arasında əməkdaşlıq səviyyəsini artırıb"

"Suriya böhranı ilə bağlı Astana prosesinin başladılması Türkiyə ilə İran arasında əməkdaşlıq səviyyəsini artırıb." Axar.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Aleksandr Kuznetsov bildirib.

Kuznetsov vurğulayıb ki, PKK İran üçün böyük təhlükə kəsb etməsə də, terrora qarşı mübarizəsini davam etdirir. Eləcə də Türkiyə və İran İraqın şimalında müxtəlif qüvvələrə dəstək versə də, son zamanlar bu iki ölkənin mövqeyində xeyli yaxınlaşma olub. Qeyd edək ki, Türkiyə-İran birgə PKK-ya qarşı hərbi əməliyyat keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə