Drezdendə qatilin məhkəməsi başlanıb

Drezden əyaləti ali məhkəməsinin binasında suriyalı caninin məhkəmə prosesi başlanıb. Bu şəxs yarım il bundan əvvəl Xemnits şəhərində 35 yaşlı bir Almaniya vətəndaşını qətlə yetirib, daha iki nəfəri bıçaqla yaralayıb. O, ağırlaşdırıcı hallar olmadan qəsdən adamöldürmədə ittiham edilir. Qaçqın statusu almaq üçün müraciət etmiş bu şəxs cinayəti bir İraq sakini ilə birlikdə törədib. Həmin iraqlını polis hələlik tuta bilməyib.

Məhkəmə iclası güclü mühafizə şəraitinda keçirilir. Xemnits şəhərinin özündə isə bu gün neonasistlərin aksiyası gözlənilir. Onlar özlərinin lideri Tomas Hallerin dəfninə toplaşıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə