Yunanıstan Ərdoğanın çıxışına etiraz etdi: "Qəbuledilməzdir!"

"Türkiyədə keçiriləcək bələdiyyə seçkilərində nailiyyət əldə etmək adına xarici siyasətdəki ritorikalardan və tarixi hadisələrdən qonşu ölkələrə qarşı istifadə etmək bu kampaniyanın bir parçası ola bilməz."

Bu barədə Yunanıstan Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb. XİN bildirib ki, Ərdoğanın bəyanatları qəbuledilməzdir, iki ölkə münasibətlərinə zərər vurur.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmirdə seçki kampaniyası çərçivəsində çıxışı zamanı vaxtilə Mustafa Kamal Atatürkün ordularının İzmiri azadlığa qovuşdurduğunu, düşməni dənizə atdığını bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə