ABŞ bu şəxslərə qarşı viza məhdudiyyəti tətbiq edib

ABŞ hərbçiləri tərəfindən törədilən cinayətlərin istintaqını aparan Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) şəxslərinə qarşı rəsmi Vaşinqton martın 15-dən viza məhdudiyyəti tətbiq edir. “RİA Novosti” xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo jurnalistlərə bildirib.

"Amerikalı hərbçilərlə bağlı BCM tərəfindən aparılan bütün istintaq hərəkətlərinə məsul olan hər kəsə qarşı ABŞ-ın viza məhdudiyyətini elan edirəm”, - deyən Ağ Ev rəsmisi sözügedən tədbirin belə istintaqlara təşəbbüs göstərənlərə, onları həyata keçirənlərə də şamil olunduğunu bildirib. Həmçinin İsrail daxil olmaq şərtilə müttəfiq ölkələrin hərbçilərini təqib edənlər barəsində də məhdudlaşdırıcı tədbirlərin tətbiq edilə biləcəyi qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...