Ermənistan indi də Aya iddia edir

Ermənistan hökuməti Ayın tədqiq olunmasını öz əsas milli prioritetlərindən biri elan edib. SİA-nın verdiyi xəbərə görə, bu barədə “Jamanak” (Vaxt) qəzeti yazır.

“Sənəddə göstərilir ki, kosmik məkanın, o cümlədən Ayın və s. Fəza cisimlərinin tədqiq olunması Ermənistanın əsas dövlət maraqlarından biri olmalıdır”- deyə qəzet yazır.

Qeyd olunur ki, ölkənin rabitə, nəqliyyat və informasiya texnologiyaları nazirliyi Ermənistanın kosmik sənayesini inkişaf etdirməkdə maraqlıdır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə