Bolqarıstan Türkiyədəki Suriya qaçqınları üçün 3 milyon avro ayıracaq

Suriya məsələsi ilə bağlı Avropa İttifaqı ölkələrinin Brüsseldə görüşü keçirilib. Bolqarıstanın xarici işlər naziri Ekaterina Zahariyeva görüşdə 2019-2023-cü illəri nəzərdə tutan Qaçqınlara Yardım Mexanizmi üzrə Türkiyədə məskunlaşan qaçqınlara ölkəsinin daha 3 milyon avro vəsait ayıracağını deyib.

AZƏRTAC xəbər verir ki, görüş çərçivəsində Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Suriya böhranının bir çox aspektlərini müzakirə edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə